Ukraynanın Vinnitsa vilayətində anbarda yanğın olub, təxminən 30 min insan evakuasiya edilib - VİDEO

Ukraynanın Vinnitsa vilayətində anbarda yanğın olub, təxminən 30 min insan evakuasiya edilib - VİDEO Yanğına görə üç qazpaylama stansiyasının işi dayandırılıb
Digər ölkələr
27 Sentyabr , 2017 12:29
Ukraynanın Vinnitsa vilayətində anbarda yanğın olub, təxminən 30 min insan evakuasiya edilib - VİDEO
РИА Новости

Bakı. 27 sentyabr. REPORT.AZ/ Ukraynanın Vinnitsa vilayətində yerləşən Kalinovski rayonunda sursat anbarında baş verən yanğınla əlaqədar 28,3 min nəfər evakuasiya edilib, iki qadın xəsarət alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətindən (DFHX) orta-ağır dərəcədə xəsarət alan qadınların Vinnitsa mərkəzi rayon xəstəxanasına yerləşdirildiyi bildirilib.

Qeyd olunub ki, DFHX-nin bölmələri sursat düşməsi nəticəsində yanğının başladığı dörd yaşayış evində yanğını söndürüb.

Ukraynanın baş naziri Vladimir Qroysman, eləcə də Ukraynanın Baş Qərargah rəisi hadisə yerindədir. KİV anbarda "Smerç", "Qasırğa", "Qrad" kimi yaylım atəşi sistemlərinə raketlərin saxlandığını xəbər verib. Vilayətdə yanğından 50 km radiusda hava məkanı da bağlanıb.

Ukraynanın energetika və kömür sənayesi nazirinin müşaviri Maksim Bilyavski yanğına görə üç qazpaylama stansiyasının işinin dayandırıldığını bildirib.

Fövqəladə vəziyyətin nəticələrini aradan qaldırmaq üçün 691 nəfər və 149 ədəd texnika cəlb olunub.

Qeyd edək ki, sentyabrın 26-da DFHX-nin bölməsinə Vinnitsa vilayətindəki Kalinovka qəsəbəsi yaxınlığında yerləşən, Müdafiə Nazirliyinə məxsus hərbi anbarlarda sursatların partlaması ilə bağlı məlumat daxil olub. Sahəsi təxminən 60 hektar olan anbarlarda 188 min ton sursat saxlanılır. Ukraynanın Baş Qərargahından verilən məlumata görə, yanğın anbarların ümumilikdə 10%-ni əhatə edib.

Son xəbərlər

Orphus sistemi