Ukraynanın sabiq prezidenti ürəyindən əməliyyat olunub

Ukraynanın sabiq prezidenti ürəyindən əməliyyat olunub Həkimlərin dediyinə görə, əməliyyat uğurlu olub
Digər ölkələr
29 İyun , 2021 19:57
Ukraynanın sabiq prezidenti ürəyindən əməliyyat olunub
Leonid Kravçuk

Ukraynanın ilk prezidenti Leonid Kravçuk ürək əməliyyatı keçirib.

“Report” xəbər verir ki, bu barədə çərşənbə axşamı Ukraynanın “Strana” nəşri teleqram kanalında məlumat yayıb.

Nəşr qeyd edib ki, Kravçuk Ali Radanın Ukraynanın Konstitusiya Günü münasibətilə dünən keçirilmiş təntənəli iclasında ürəyindən əməliyyat olunduğuna görə iştirak edə bilməyib.

“Strana” yazır ki, əməliyyat Kiyevdə baş tutub. İndi Ukraynanın keçmiş lideri özünü yaxşı hiss edir və bərpa prosesindədir. Həkimlərin dediyinə görə, əməliyyat uğurlu olub.

Qeyd edək ki, 87 yaşlı Kravçuk 1991-1994-cü illərdə Ukraynanın prezidenti olub.

Son xəbərlər

Orphus sistemi