Ukraynanın Miqrasiya Xidməti Saakaşviliyə qaçqın statusu verməkdən imtina edib

Digər ölkələr
  • 24 oktyabr, 2017
  • 12:01
Ukraynanın Miqrasiya Xidməti Saakaşviliyə qaçqın statusu verməkdən imtina edib
Mixeil Saakaşvili

Bakı. 24 oktyabr. REPORT.AZ/ Ukrayna Dövlət Miqrasiya Xidməti Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşviliyə qaçqın statusu verməkdən imtina edib.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru Yuri Lutsenko məlumat verib.

"Əvvəllər Saakaşvilinin deportasiyasını və ya ekstradisiyasını qeyri-mümkün edən statusa malik olduğunu bildirirdimsə, indi Dövlət Miqrasiya Xidməti ona qaçqın statusu verməkdən imtina edib. Cənab Saakaşvili həmişə olduğu kimi, bu qərardan məhkəməyə şikayət etməyib", - Y.Lutsenko jurnalistlərə bildirib.

Onun sözlərinə görə, artıq Saakaşvilinin deportasiyasını və ya ekstradisiyasını qeyri-mümkün edən xüsusi vəziyyət yoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti