Ukraynanın Milandakı Konsulluğu koronavirusa görə bağlanır

Ukraynanın Milandakı Konsulluğu koronavirusa görə bağlanır Fevralın 25-dən etibarən Ukraynanın Milandakı Baş Konsulluğu bölgədə koronavirusun yayılması ilə əlaqədar vətəndaşların qəbulunu və sənədlərin verilməsini dayandıracaq.
Digər ölkələr
24 Fevral , 2020 22:47
Ukraynanın Milandakı Konsulluğu koronavirusa görə bağlanır

Fevralın 25-dən etibarən Ukraynanın Milandakı Baş Konsulluğu bölgədə koronavirusun yayılması ilə əlaqədar vətəndaşların qəbulunu və sənədlərin verilməsini dayandıracaq.

“Report” un xəbərinə görə, bu barədə Konsulluğun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, vətəndaşların qəbulu Lombardiyanın regional rəhbərliyindən müvafiq tövsiyələr aldıqdan sonra bərpa ediləcək. Fövqəladə vəziyyətdə Ukrayna vətəndaşları konsulluğun qaynar xətti və ya elektron poçtu ilə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, İtaliyada 220-dən çox koronavirus yoluxması faktı rəsmiləşdirilib, ölənlərin sayı 7-yə çatıb. 

Yoluxanlar isə əsasən İtaliyanın şimalındadır. Bunlar Lombardiya və Veneto regionlarıdır.

Son xəbərlər

Orphus sistemi