Bakı. 31 yanvar. REPORT.AZ/ Ukraynada separatçıların Debaltsevo şəhərini dayanmadan atəşə tutması nəticəsində 12 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə Baş İdarəsinin rəisi Vyaçeslav Abroskin məlumat verib.
"Mən Debaltsevodayam. Terrorçular şəhərin yaşayış məhəllələrinə yönələn artilleriya atəşini kəsmirlər. Nəticədə 12 nəfər ölüb. Şəhər milis şöbəsinin əməkdaşları atışmanın səngiməməsi səbəbindən dağıntı yerlərinə gedə bilmirlər", - deyə o bildirib.
Abroskinin məlumatına görə, könüllülər və milis atışma gedə-gedə dinc sakinləri başqa yerə köçürürlər.