Ukraynanın BMT-dəki daimi nümayəndəsi Rusiyaya çağırış edib

Ukraynanın BMT-dəki daimi nümayəndəsi Rusiyaya çağırış edib "Xerson vilayəti rəsmilərinin məlumatına görə, su basmış ərazilərdən təxliyə zamanı bu gün şəhərdə davam edən hücumlar nəticəsində polis, tibb işçiləri və xilasedicilər də daxil olmaqla azı 9 nəfər xəsarət alıb".
Digər ölkələr
9 İyun , 2023 05:31
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Rusiyaya çağırış edib

"Xerson vilayəti rəsmilərinin məlumatına görə, su basmış ərazilərdən təxliyə zamanı bu gün şəhərdə davam edən hücumlar nəticəsində polis, tibb işçiləri və xilasedicilər də daxil olmaqla azı 9 nəfər xəsarət alıb".

"Report"un ABŞ bürosu xəbər verir ki, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa BMT Təhlükəsizlik Şurasının (TŞ) xüsusi sessiyasından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Həmçinin diplomat Rusiya rəsmilərinə çağırış edib: "Evakuasiya ərazilərinin atəşə tutulmasını qətiyyətlə pisləyirik və Rusiya Federasiyasını bu cür hücumları dayandırmağa və təxliyə qruplarının mülki əhalinin təhlükəsiz ərazilərə evakuasiya olunmasına icazə verməyə çağırırıq. Biz həmçinin Rusiya Federasiyasını bölgədə humanitar fəaliyyət göstərən BMT və Beynəlxalq Qızıl Xaç komitəsinin hazırda hərbi nəzarət altında olan Dnepr çayının sol sahilindəki zərərçəkmiş ərazilərə tam, təhlükəsiz və maneəsiz çıxışını təmin etməyə çağırırıq.

Qeyd edək ki, çərşənbə axşamı Ukraynanın cənubunda, Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarət etdiyi hissəsində yerləşən Kaxovka su elektrik stansiyası partladılıb. Dnepr çayı üzərindəki bənd bölgədə böyük daşqınlara səbəb olub.

Son xəbərlər

Orphus sistemi