Ukraynada yaşayış binasında partlayış baş verib

Ukraynada yaşayış binasında partlayış baş verib Hadisənin baş verdiyi mənzildə İkinci Dünya Müharibəsinə aid döyüş sursatının qalıqları aşkarlanıb
Digər ölkələr
6 Noyabr , 2016 23:27
Ukraynada yaşayış binasında partlayış baş verib

Bakı. 6 noyabr. REPORT.AZ/ Ukraynanın Lvov şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, hadisəyə səbəb döyüş sursatının partlaması olub.

Lvov Vilayəti Polisi Baş İdarəsinin Kommunikasiya Şöbəsinin rəhbəri Svetlana Dobrovolskaya bildirib ki, partlayışın baş verdiyi mənzildə İkinci Dünya Müharibəsindən qalmış döyüş sursatının qalıqları aşkarlanıb. İlkin məlumatda hadisəyə qaz sızmasının səbəb olduğu bildirilirdi.

Qeyd edək ki, hadisə bir neçə saat əvvəl baş verib.

Partlayış zamanı 1 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi