Ukraynada xəstəxanada yanğın olub, ölənlər var

Ukraynada xəstəxanada yanğın olub, ölənlər var Ukraynanın Zaporojye əyalətində Yoluxucu Xəstəliklər Xəstəxanasının korpuslarından biri yanıb.
Digər ölkələr
4 Fevral , 2021 05:07
Ukraynada xəstəxanada yanğın olub, ölənlər var

Ukraynanın Zaporojye əyalətində Yoluxucu Xəstəliklər Xəstəxanasının korpuslarından biri yanıb.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks-Ukraina” məlumat yayıb.

Qeyd edilir ki, hadisə zamanı bir neçə nəfər ölüb.

Ukrayna Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin xilasediciləri Zaporojye vilayətində yoluxucu xəstəxananın çoxmərtəbəli korpusunda yanğının olması faktını təsdiqləyiblər. Xilasedicilər bildiriblər ki, hadisə zamanı üç nəfər həlak olub. Nazirliyin saytında hadisə zamanı 4 nəfərin həlak olduğu xəbər verilib.

Yanğınla əlaqədar tibb məntəqəsinin pasiyentləri təxliyə edilib. Hadisənin təfərrüatı açıqlanmır.

Son xəbərlər

Orphus sistemi