Sumıda raket zərbəsindən ölənlərin sayı 34-ə çatıb - YENİLƏNİB 2

Sumıda raket zərbəsindən ölənlərin sayı 34-ə çatıb - YENİLƏNİB 2 Ukraynanın şimal-şərqindəki Sumı şəhərinə endirilən raket zərbəsi nəticəsində 20-dən çox adam həlak olub.
Digər ölkələr
13 aprel 2025 20:41
Sumıda raket zərbəsindən ölənlərin sayı 34-ə çatıb - YENİLƏNİB 2

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı şəhərinin mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində ikisi uşaq olmaqla 34 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

“Sumı: saat 18:00-a (Bakı vaxtı ilə 19:00 – red.) olan vəziyyətə görə, 34 nəfər, o cümlədən 2 uşaq həlak olub. 117 nəfər, o cümlədən 15 uşaq yaralanıb. Həlak olanların ailələrinə başsağlığı veririk. Bu bütün ölkə üçün əvəzolunmaz itkidir”, – məlumatda deyilir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov bildirib ki, Sumıya “İskander-M/KN-23” tipli iki ballistik raketlə zərbəni Rusiya ordusunun 112-ci və 448-ci briqadalarının heyətləri endiriblər.

15:20

Ukraynanın Sumı şəhərinin mərkəzinin Rusiya ordusu tərəfindən raketlərlə vurulması nəticəsində həlak olan mülki şəxslərin sayı 31 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində 84 nəfər yaralanıb.

Ukraynanın daxili işlər naziri İqor Krimenkonun sözlərinə görə, həlak olanlardan 2-si, xəsarət alanların 7-si uşaqdır.

Ukrayna Prezidenti Volodimir Zelenski isə qeyd edib ki, atəşlər şəhərin küçəsini, o cümlədən evləri, təhsil müəssisələrini, avtomobilləri hədəf alıb. Onun sözlərinə görə, təcavüzkara təzyiq olmadan sülh mümkün deyil.

12:54

Ukraynanın şimal-şərqindəki Sumı şəhərinə endirilən raket zərbəsi nəticəsində 20-dən çox dinc sakin həlak olub.

“Report” xəbər verir ki, bu barədə Sumı merinin səlahiyyətlərini icra edən Artem Kobzar teleqramda məlumat verib.

“Palm bazarının bu parlaq günündə cəmiyyətimiz dəhşətli faciə yaşayıb. Düşmən dinc əhaliyə raket zərbəsi endirib. Təəssüf ki, 20-dən çox ölüm faktı artıq məlumdur”, - deyə o qeyd edib.

Sumidə qurbanlar barədə məlumatı Prezident Aparatının rəhbəri Andrey Yermak da təsdiqləyib: “Rusiya ordusu Sumı şəhərini raketlərlə vurublar və dinc sakinləri öldürüblər”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi