Ukraynada saxlanılan azərbaycanlıların səhhəti pisləşib 

Ukraynada saxlanılan azərbaycanlıların səhhəti pisləşib  Ukraynada saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı, Azərbaycan vətəndaşı Misir Qasımlı və Sübhan Quliyevin səhhətində problem yaranıb.
Digər ölkələr
11 Sentyabr , 2022 20:14
Ukraynada saxlanılan azərbaycanlıların səhhəti pisləşib 

Ukraynada saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı, Azərbaycan vətəndaşı Misir Qasımlı və Sübhan Quliyevin səhhətində problem yaranıb.

Bu barədə "Report"a M.Qasımlının vəkili Aygül Rəfiyeva məlunat verib.

O bildirib ki, hər iki şəxsin səhhəti Kiyevdə saxlanıldıqları istintaq təcridxanasında gün ərzində pisləşib və onlara təcili tibbi yardım çağırılıb: "Misir Qasımlı və Sübhan Quliyev həkim nəzarətinə götürülüb".

Qeyd edək ki, azərbaycanlılar Kiyevdə erməni əsilli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə ittiham irəli sürülsə də, 1 ildən çoxdur ki, sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar. Hazırda onların məhkəmə iclası davam edir. Hər iki şəxs sentyabrın 5-dən aclıq aksiyasına başlayıb.

Son xəbərlər

Orphus sistemi