Yuxarı
    Bağlamaq

    Ukraynada Saakaşvili barəsində cinayət işi açılıb

    Onu beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir

    Bakı. 11 sentyabr. REPORT.AZ/ Ukrayna polisi qanunsuz olaraq ölkə ərazisinə keçdiyinə görə Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili barəsində cinayət işi açıb.

    "Report" xəbər verir ki, bu barədə məlumat idarənin rəsmi saytında dərc olunub.

    "Lvov polisi Ukrayna-Polşa sərhədində yerləşən "Şeqeni" buraxılış məntəqəsinin yaxınlığında baş verən hadisələrlə bağlı Məhkəməyə qədər araşdırmaların vahid reyestrinə Ukrayna Cinayət Məcəlləsinin 332-ci maddəsi üzrə (Şəxslərin Ukrayna dövlət sərhədindən qeyri-qanuni keçirilməsi) cinayət törədilməsi haqqında məlumat daxil edib", - deyə məlumatda bildirilir.

    Orda həmçinin qeyd olunur ki, belə cinayətin törədilməsinə görə beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi