Ukraynada prezident seçkilərinin nəticələri rəsmi qəzetdə dərc edilib

Ukraynada prezident seçkilərinin nəticələri rəsmi qəzetdə dərc edilib Ukraynada prezident seçkilərinin nəticələri rəsmi Hökumət kuryeri qəzetində dərc edilib.
Digər ölkələr
3 May , 2019 01:57
Ukraynada prezident seçkilərinin nəticələri rəsmi qəzetdə dərc edilib

Ukraynada prezident seçkilərinin nəticələri rəsmi "Hökumət kuryeri" qəzetində dərc edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu andan Vladimir Zelenski səsverməsinin ikinci turunun qalibi seçilmiş prezident hesab edilir.

Rəsmi qəzetdə məlumatın dərc edilməsindən sonrakı 30 gün ərzində seçilmiş dövlət başçısının inaqurasiyası mərasimi keçirilməlidir.

Ukraynanın Mərkəzi Seçki Komissiyası aprelin 30-da prezident seçkilərinin son rəsmi nəticələrini elan edib. İkinci turda 73,22 faiz səs almış Zelenski qələbə qazanıb. Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko isə 24,45 faiz səs yığıb.

Son xəbərlər

Orphus sistemi