"Exit poll": Ukraynada prezident seçkilərində Zelenski və Poroşenko ən çox səs toplayıblar

"Exit poll": Ukraynada prezident seçkilərində Zelenski və Poroşenko ən çox səs toplayıblar Ukraynada prezident seçkilərində keçirilən exit pollun nəticələri açıqlanıb.
Digər ölkələr
182
31 Mart , 2019 21:18
Exit poll: Ukraynada prezident seçkilərində Zelenski və Poroşenko ən çox səs toplayıblar

Ukraynada prezident seçkilərində keçirilən "exit poll"un nəticələri açıqlanıb.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, nəticələrə əsasən Vladimir Zelenski, Petr Poroşenko ikinci tura çıxıblar.

Televiziya Xəbər Xidməti - "TSN" tərəfindən keçirilən "exit poll"in nəticələrinə əsasən qeyd edilir ki, Vladimir Zelenski 30,1 faiz, Petr Poroşenko 18,5 faiz səs toplayıblar. Digər namizəd Yuliya Timoşenkonun isə 14 faiz səs topladığı bildirilir. 

"Exit poll"un nəticələrinə əsasən digər prezidentliyə namizəd Yuri Boyko 9,1, Anatoli Qriçenko 7,6İqor Smeşko 6,6 faiz səs toplayıb.

Qeyd edək ki, prezident seçkiləri başa çatıb. Saat 15-ə olan məlumata əsasən seçkilərdə (199 seçki dairəsinin 36 dairəsi üzrə məlumata görə - red) səsvermə hüququ olan vətəndaşların 45 faizdən çoxu səs verib. 

Son xəbərlər

Orphus sistemi