Ukraynada polislə etirazçılar arasında toqquşma olub

Ukraynada polislə etirazçılar arasında toqquşma olub Bakı. 10 oktyabr. REPORT.AZ/ Ukrayna paytaxtı Kiyev şəhərində Daxili İşlər Nazirliyi binasının qarşısında piketçilərlə polis arasında toqquşma baş verib.
Digər ölkələr
10 Oktyabr , 2018 16:25
Ukraynada polislə etirazçılar arasında toqquşma olub
0 : 00
0 : 00

Bakı. 10 oktyabr. REPORT.AZ/ Ukrayna paytaxtı Kiyev şəhərində Daxili İşlər Nazirliyi binasının qarşısında piketçilərlə polis arasında toqquşma baş verib.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, ötən gecə deputat İqor Lutsenkonun köməkçisi Serhiy Mazurun yaşadığı mənzilə partlayıcı qurğu atılıb.

Nəticədə S.Mazurun atası xəsarət alıb. Polis hadisəni adamöldürmə cəhdi kimi tövsif edib.

Bu gün S.Mazur və bir qrup deputat baş verənlərlə bağlı DİN əməkdaşları ilə görüşməyə gəliblər. Bina qarşısında həmçinin toplaşan 50 nəfər piket keçirib və polis etirazçılara müdaxilə edib.

Son xəbərlər

Orphus sistemi