​Ukraynada ölənlərin sayı 5 minə çatıb

​Ukraynada ölənlərin sayı 5 minə çatıb 5 milyondan çox adam münaqişə bölgəsində qalıb
Digər ölkələr
15 Dekabr , 2014 20:39
​Ukraynada ölənlərin sayı 5 minə çatıb

Bakı. 15 dekabr. REPORT.AZ/ BMT-nin yeni hesabatına görə, Ukraynanın cənub-şərqində silahlı qarşıdurma nəticəsində 4707 nəfər ölüb, 10 322 nəfər isə yaralanıb.

"Report" "BBC"yə istinadən xəbər verir ki, 5 milyondan çox adam münaqişə bölgəsində qalıb.

BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının məlumatına əsasən, həmin ərazidəki sakinlərin sosial şəraiti ağırlaşmaqdadır.

Hesabatda vurğulanıb ki, sentyabrda elan edilmiş, davamlı olaraq pozulan atəşkəsdən sonra 1357 nəfər ölüb.

Sənəd BMT-nin 34 müşahidəçisi tərəfindən hazırlanıb. Hesabat münaqişə başlayandan dekabrın 12-dək toplanan məlumatlar əsasında hazırlanıb. 

Son xəbərlər

Orphus sistemi