Ukraynada milli hərbi məzarlığın tikintisinin vaxtı məlum olub

Digər ölkələr
  • 13 yanvar, 2023
  • 16:20
Ukraynada milli hərbi məzarlığın tikintisinin vaxtı məlum olub

Ukraynada milli hərbi məzarlığın tikintisinin vaxtı məlum olub.

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, Ukraynanın veteranların işləri üzrə nazir müavini Aleksandr Porxun deyib ki, məzarlığın tikintisinə 2023-cü ilin yazında başlanması planlaşdırılır.

"Biz onu Arlinqton qəbiristanlığına (ABŞ-ın Vaşinqton şəhərətrafı ərazilərində - red.) bənzətməyi planlaşdırırıq. Memarlıq müsabiqəsi elan olunacaq, bundan sonra qalib layihənin planı dərc olunacaq", - Porxun əlavə edib.

Məzarlığın Kiyevdəki Lisaya Qoranın ərazisində yerləşdirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2022-ci ilin oktyabrın 4-də Ukrayna Nazirlər Kabineti milli hərbi məzarlığın yaradılması barədə qərar qəbul edib.

Avqustun sonunda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnı bildirib ki, Rusiyada genişmiqyaslı müharibə başlayandan 9 minə yaxın ukraynalı hərbçi həlak olub.

44 filmi