Ukraynada koronavirusa gündəlik yoluxmada rekord qeydə alındı

Ukraynada koronavirusa gündəlik yoluxmada rekord qeydə alındı Ukraynada ötən 24 saat ərzində 14 580 nəfər COVID-19 virusuna yoluxub ki, bu da gündəlik yoluxma sayının ən yüksək rəqəmidir.
Digər ölkələr
788
21 Noyabr , 2020 19:26
Ukraynada koronavirusa gündəlik yoluxmada rekord qeydə alındı

Ukraynada ötən 24 saat ərzində 14 580 nəfər COVID-19 virusuna yoluxub ki, bu da gündəlik yoluxma sayının ən yüksək rəqəmidir.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Maksim Stepanov bildirib.

Onun sözlərinə görə, son sutkada 215 nəfər COVID-19-dan vəfat edib.

“Ümumiyyətlə 610 uşaq və 590 tibbi işçisi koronavirusa yoluxub. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 72 minə yaxın test aparılıb.

İndiyədək ümumilikdə 612 665 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 282 313 nəfər müalicə olunaraq sağalıb, 10 813 nəfər vəfat edib”.

Son xəbərlər

Orphus sistemi