Ukraynada kişi Kiyev Şəhər Şurasının deputatının başına kərpic vurub. “Report” un xəbərinə görə, bu barədə UNIAN məlumat yayıb.
Belə ki, adı açıqlanmayan şəxs Kiyevdə, küçədə qanunsuz tikinti ilə əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbət edən deputata hücum edib.
Hadisəni törədən şəxs dərhal tutulub və polis bölməsinə aparılıb.
Nəşrin yazdığına görə, kişinin bu hərəkətinin səbəbi hələ məlum deyil. Həmçinin, vəzifəli şəxsin vəziyyəti barədə də məlumat verilməyib.