Ukraynada jurnalisti söydüyünə görə qubernatora töhmət verildi

Ukraynada jurnalisti söydüyünə görə qubernatora töhmət verildi Töhmət qubernatorun “dövlət qulluqçusuna yaraşmayan hərəkəti”nə görə elan edilib
Digər ölkələr
22 Mart , 2015 03:31
Ukraynada jurnalisti söydüyünə görə qubernatora töhmət verildi

Bakı. 22 mart. REPORT.AZ/ Ukrayna prezidenti Pyotro Poroşenko jurnalisti təhqir etmiş Dnepropetrovsk bölgəsinin qubernatoru İgor Kolomoyski-yə töhmət verib.

"Report"un Azadlıq radiosuna istinadən verdiyi xəbərə görə, prezidentin saytında bu barədə dərc olunmuş sərəncamda deyilir ki, töhmət Kolomoyski-nin “dövlət qulluqçusuna yaraşmayan hərəkəti”nə görə elan edilib.

Xəbər verildiyi kimi milyarder Kolomoyski “Transnaft” şirkətinin rəhbərliyinin dəyişdirilməsinə etirazını bildirmək üçün martın 20-də silahlı şəxslərlə birlikdə 42 faiz paya malik olduğu şirkətin ofisinə gəlib.

Bu zaman “Azadlıq Radiosu” jurnalistinin sualını cavablandırarkən oliqarx onun ünvanına təhqiramiz ifadələr işlədib.

Bu hadisənin videosu YouTube saytında yerləşdirilib.

Ukraynanın İnformasiya Nazirliyi, parlamentin söz azadlığı komitəsi və media qurumları Kolomoyski-dən jurnalistdən üzr istəməsini tələb ediblər.

Son xəbərlər

Orphus sistemi