Ukraynada etnik azlıqların hüquqlarının müdafiəsi ilə bağlı müzakirəyə azərbaycanlılar da qatılıb

Ukraynada etnik azlıqların hüquqlarının müdafiəsi ilə bağlı müzakirəyə azərbaycanlılar da qatılıb Rövşən Tağıyev: "Etnik azlıqlar öz hüquqlarını sona qədər müdafiə etməlidir"
Digər ölkələr
15 Aprel , 2015 16:29
Ukraynada etnik azlıqların hüquqlarının müdafiəsi ilə bağlı müzakirəyə azərbaycanlılar da qatılıb

Bakı. 15 aprel. REPORT.AZ/ Ukrayna Millətlər Assambleyası Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) ilə birgə Nikolayev şəhərində bu ölkədə yaşayan əksər etnik azlıqların nümayəndələrinin iştirakı ilə toplantı keçirib. 

BUAK-dan "Report"a verilən məlumata görə, toplantının mövzusu Ukraynada dövlət və siyasi elitanın formalaşmasında etnik azlıqların rolu olub.

Milli azlıqların liderləri, hüquq müdafiəçiləri və yerli deputatların iştirakı ilə keçirilən müzakirələr zamanı hazırkı proseslərdə ksenofobiya, etnik ayrı-seçkilik hallarına qarşı mübarizədə etnik xalqların birliyinin vacibliyi vurğulanıb.

Assambleyanın rəhbəri və BUAK sədri Rövşən Tağıyev bildirib ki, etnik azlıqlar öz hüquqlarını sona qədər müdafiə etməlidir: “Bununla bağlı hansısa xoşagəlməz hal baş verdikdə mütləq siyasi hakimiyyət qarşısında tələb qoymaq, məhkəmələrdə öz hüquqlarını müdafiə etmək lazımdır". 

R.Tağıyev vurğulayıb ki, müasir dövrdə milli mənsubiyyətinə görə insanları bölmək olmaz: “Etnik azlıqların nümayəndələri də Ukrayna cəmiyyətinə inteqrasiya olunmalıdır”.

Tədbirdə qeyd olunub ki, Ukrayna Millətlərin Assambleyası bundan sonra da bu istiqamətdə iş aparacaq, bu ölkədə yaşayan bütün xalqların nümayəndələrinin birliyi istiqamətində çalışacaq, onların qanuni hüquqlarının və maraqlarının qorunmasını təmin edəcək.

Son xəbərlər

Orphus sistemi