Ukraynada dördgünlük komanda-qərargah təlimləri başlayıb

Ukraynada dördgünlük komanda-qərargah təlimləri başlayıb Manevrlərin məqsədi hərbi idarəetmə orqanlarının döyüş zamanı qoşunların idarə edilməsi üzrə imkanlarının artırılmasıdır
Digər ölkələr
12 Sentyabr , 2017 13:13
Ukraynada dördgünlük komanda-qərargah təlimləri başlayıb
PixaNews

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün Ukrayna Silahlı Qüvvələrinin (USQ) "Sarsılmaz dayanıqlıq - 2017" komanda-qərargah təlimləri başlayıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Viktor Mujenko məlumat verib. 

Onun sözlərinə görə, sentyabrın 15-dək qoşunların və əməliyyat ehtiyatlarının cəlb edilməsi ilə bir sıra təlimlər keçiriləcək: "Manevrlərin məqsədi hərbi idarəetmə orqanlarının döyüş zamanı qoşunların idarə edilməsi üzrə imkanlarının artırılmasıdır. Bundan başqa, sentyabrın 15-dək Ukrayna ərazi müdafiə qüvvələrinin və vasitələrinin qərargahların düzülməsi ilə təlimlər təşkil olunacaq".

"Sarsılmaz dayanıqlıq - 2017" təlimləri sentyabrın 14-dən 20-nə qədər keçirilməsi planlaşdırılan Rusiya və Belarusun "Qərb-2017" birgə strateji təlimləri ilə üst-üstə düşür. 

Son xəbərlər

Orphus sistemi