Ukraynada keçmiş nazir helikopter qəzasında həlak olub - FOTO

Digər ölkələr
  • 22 oktyabr, 2019
  • 00:33
Ukraynada keçmiş nazir helikopter qəzasında həlak olub - FOTO

Ukraynada helikopter qəzası baş verib.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə dövlət xidməti məlumat yayıb.

Qeyd edilir ki, qəza zamanı 1 nəfər həlak olub. Bu, ölkənin keçmiş aqrar siyasət naziri, 43 yaşlı Taras Kutovdur. O, 2016-2018-ci illərdə nazir vəzifəsində çalışıb.

Məlumata görə helikopter Kiyevdən Poltava vilayətinə uçurmuş. Qəzanın başvermə səbəbi açıqlanmır. 

44 - Tezliklə