Ukraynada Azərbaycan diviziyası döyüşçülərinin xatirəsi anılıb

Ukraynada Azərbaycan diviziyası döyüşçülərinin xatirəsi anılıb Ukraynanın Nikolayev vilayətinin Besarabka kəndində İkinci Dünya müharibəsində (1939-1945) azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasının xatirəsinə ucaldılmış abidə önündə faşizm üzərində qələbənin 76-cı ildönümü qeyd olunub.
Digər ölkələr
9 May , 2021 23:15
Ukraynada Azərbaycan diviziyası döyüşçülərinin xatirəsi anılıb

Ukraynanın Nikolayev vilayətinin Besarabka kəndində İkinci Dünya müharibəsində (1939-1945) azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasının xatirəsinə ucaldılmış abidə önündə faşizm üzərində qələbənin 76-cı ildönümü qeyd olunub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, tədbirdə abidəni ucaldan, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Nikolayev vilayəti üzrə sədri Yunus Əliyev, BUAK sədri Rövşən Tağıyev, Azərbaycanın Ukraynadakı səfirliyinin hərbi ateşşesi, polkovnik İlqar Ağayev, BUAK-ın Odessa vilayəti üzrə nümayəndəliyinin təmsilçisi Fazil Əskərov, Nikolayev vilayəti yəhudi icmasının sədri Semyon Belıy, Nikolayev şəhər Millətlər Şurasının rəhbəri Anar Axundov, yerli deputat Oleq İzman, daxili işlər orqanı veteranları və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yunus Əliyev mərasimdə çıxış edərək, 416-cı Taqanroq diviziyasının döyüş yolundan və 2012-ci ildə abidənin qoyulması tarixindən danışıb. R.Tağıyev isə çıxışında bildirib ki, İkinci Dünya müharibəsində müxtəlif xalqların nümayəndələri faşizmə qarşı döyüşərək həlak olub, bunların da bariz nümunələrindən biri azərbaycanlılardan ibarət 416-cı diviziyasının hərbçiləridır. Polkovnik İ.Ağayev isə divizyanın döyüş yolundan, o cümlədən ötən il Azərbaycan ordusunun torpaqları erməni işğalçılarından azad etməsindən bəhs edib.

Mərasimdə çıxış edən digər natiqlər faşizmə qarşı qələbənin əhəmiyyətindən danışaraq, həlak olanların xatirəsini yad ediblər. Berezansko rayonu Veteranlar Birliyinin sədri Nikolay Qorbotenko abidəyə görə təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi