Ukraynada 55 yaşlı azərbaycanlı azadlıqdan məhrum edilib

Ukraynada 55 yaşlı azərbaycanlı azadlıqdan məhrum edilib Ukraynanın Çernoviskaya əyalətində bu ilin aprelində dostunu bıçaqlayan 55 yaşlı azərbaycanlı (ad-soyadı açıqlanmır-red) azadlıqdan məhrum edilib.
Digər ölkələr
29 Dekabr , 2021 03:41
Ukraynada 55 yaşlı azərbaycanlı azadlıqdan məhrum edilib

Ukraynanın Çernoviskaya əyalətində bu ilin aprelində dostunu bıçaqlayan 55 yaşlı azərbaycanlı (ad-soyadı açıqlanmır-red) azadlıqdan məhrum edilib.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, vilayət prokurorluğu Azərbaycan Respublikasının 55 yaşlı vətəndaşına qəsdən sağlamlığa ağır zərər vurma (Ukrayna Cinayət Məcəlləsinin 121-ci maddəsinin 1-ci hissəsi) üzrə ittihamı qüvvədə saxlayıb.

O, məhkəmənin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum olunub. Həmin şəxsin cinayəti sərxoş vəziyyətdə törətdiyi bildirilir.

Müttəhim təqsirini etiraf etməyib.

Son xəbərlər

Orphus sistemi