Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borel arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə nazir Dmitri Kuleba tviter səhifəsində paylaşım edib.
“Biz Rusiyanı gələcək hücumdan çəkindirmək yollarını müzakirə etdik. Bütün Avropa İttifaqı üzvlərinə mesajım konkretdir: İndi Rusiyanı təcavüzdən çəkindirmək üçün atılan bütün addımlar gələcək potensialı dayandırmaqdan asan olacaq”, – Ukrayna XİN başçısı paylaşımında qeyd edib.