​Ukrayna XİN: Rusiya Donbasın Ukraynanın tərkibində qalmasını dəstəkləyib

​Ukrayna XİN: Rusiya Donbasın Ukraynanın tərkibində qalmasını dəstəkləyib "Heç kim "DXR" və "LXR"-nın müstəqilliyindən danışmır, hər şey Ukrayna qanunvericiliyi çərçivəsində baş verir"
Digər ölkələr
14 Fevral , 2015 02:57
​Ukrayna XİN: Rusiya Donbasın Ukraynanın tərkibində qalmasını dəstəkləyib

Bakı. 14 fevral. REPORT.AZ/ Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Dmitri Kuleba bildirib ki, Rusiya "Normandiya dördlüyü"nün Belarusda keçirilən görüşündə ötən ilin sentyabrında əldə olunan Minsk razılaşmalarının həyata keçirilməsinin zəruriliyini təsdiq edib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Kuleba "İnter" telekanalında yayımlanan "Çernoe zerkalo" verilişinin efirində deyib.

Səfir qeyd edib ki, Minsk razılaşmaları Donetsk və Luqansk vilayətlərinin ayrıca ərazilərinin Ukraynanın tərkibində saxlanılmasına zəmanət verən yoldur.

"Nə muxtariyyət, nə federallaşdırmadan söhbət getmir, heç kim "DXR" və "LXR"nın müstəqilliyindən danışmır, hər şey Ukrayna qanunvericiliyi çərçivəsində baş verir", - deyə Kuleba bildirib.

Son xəbərlər

Orphus sistemi