Ukrayna və Çexiya sursat istehsalı zavodunun tikintisinə dair müqavilə imzalayıb

Digər ölkələr
  • 16 iyul, 2024
  • 13:39
Ukrayna və Çexiya sursat istehsalı zavodunun tikintisinə dair müqavilə imzalayıb

Çexiya Ukraynada avtomat və sursat istehsalı üzrə müəssisə tikəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala Praqada iki ölkə hökumətlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

“Çexiyanın SELLIER & BELLOT şirkətinin nümayəndələri bu gün ukraynalı həmkarları ilə Ukraynada avtomat və sursat istehsalı müəssisəsinin yaradılması haqqında müqavilə imzalayıblar”, - o bildirib.