Ukrayna və Britaniya liderləri Rusiyanı müzakirə ediblər

Ukrayna və Britaniya liderləri Rusiyanı müzakirə ediblər Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
Digər ölkələr
18 Dekabr , 2021 06:12
Ukrayna və Britaniya liderləri Rusiyanı müzakirə ediblər

Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, Vladimir Zelenski Ukrayna ilə həmrəyliyə və Rusiyanın növbəti təcavüzünün qarşısını almaq üçün göstərdiyi diplomatik səylərə görə baş nazirə təşəkkür edib.

Həmsöhbətlər “Şimal axını 2” layihəsindən silah kimi istifadənin yolverilməzliyi ilə bağlı ortaq mövqe ifadə ediblər.

Onlar həmçinin Ukraynanın müdafiə qabiliyyətinin inkişafı və Ukrayna donanmasının gücləndirilməsi istiqamətində ikitərəfli əməkdaşlığı müsbət qiymətləndiriblər.

Son xəbərlər

Orphus sistemi