Ukrayna və ABŞ arasında ticari əməkdaşlıq memorandumu imzalanıb
Digər ölkələr
- 03 sentyabr, 2021
- 19:12
Ukrayna və ABŞ hökumətləri arasında ticari əməkdaşlıq haqqında memorandum imzalanıb.
"Report"un xəbərinə görə, bu barədə cümə günü Ukrayna prezidentinin ofisi məlumat verib.
"Ukrayna Prezidentinin ABŞ-a işgüzar səfəri çərçivəsində bir sıra vacib sənədlər, xüsusən də Ukrayna və ABŞ hökumətləri arasında ticari əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb", - məlumatda belə deyilir.
Memorandumu Ukraynanın Baş nazirinin birinci müavini, İqtisadi İnkişaf, Ticarət və Kənd Təsərrüfatı naziri Oleksi Lyubçenko və ABŞ Ticarət Naziri Qina Raimondo imzalayıblar.
Sənədə əsasən, tərəflər kommersiya layihələri hazırlamağı və həyata keçirməyi, həmçinin Ukrayna və ABŞ-da dövlət satınalmalarında iştirak etməyi planlaşdırırlar.
Son xəbərlər
11:50
Türkiyədə məktəbə silahlı hücum olub
Region11:47
"Falcon Finance" BOKT ötən ili zərərlə başa vurub
Maliyyə11:41
Si Cinpin Yaxın Şərqdə nizamlanma üçün dörd bəndlik plan təklif edib
Digər ölkələr11:40
Boğazlar savaşı - Qlobal güclərin yeni geosiyasi cəbhəsi - ŞƏRH
Analitika11:38
Qrossi: "Zaporojye" AES-də elektrik enerjisinin kəsilməsi nüvə təhlükəsizliyi risklərini artırır
Digər ölkələr11:34
Bahar Muradova: Qadınların rəqəmsal inkişafa cəlbi onların sosial dayanıqlılığını artırır
Sosial müdafiə11:31
Energetika Nazirliyi I rübdə 4 minə yaxın müraciət qəbul edib
Energetika11:29
Fernando Alonso "Formula 1"də ən çox məsafə qət edən pilotdur
Formula 111:21