Ukrayna test rejimində Rumıniyadan elektrik enerjisi alıb

Ukrayna test rejimində Rumıniyadan elektrik enerjisi alıb Ukrayna Rumıniyadan elektrik enerjisinin ilk test alışını həyata keçirib.
Digər ölkələr
28 Noyabr , 2022 20:49
Ukrayna test rejimində Rumıniyadan elektrik enerjisi alıb

Ukrayna Rumıniyadan elektrik enerjisinin ilk test alışını həyata keçirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Energetika Şirkəti məlumat yayıb.

“Dövlətin energetika treyderi olan “Ukrayna Energetika Şirkəti” ASC noyabrın 27-də test rejimində Rumıniyadan qeyri-kommersiya məqsədli 1 MVt həcmində elektrik enerjisi idxal edib”, - şirkətin mətbuat xidmətindən bildirilib. Şirkət elektrik enerjisinin idxalı hüququnu noyabrın 24-də milli energetika şirkəti “Ukrenerqo” tərəfindən keçirilən hərracda əldə edib.

“Elektrik enerjisinin idxalı Ukraynanın enerji sisteminin sabitləşdirilməsi üçün əlavə alətə çevrilə bilər. Test tədarükləri ehtiyac yaranacağı təqdirdə Avropadan elektrik enerjisinin idxalının texniki mümkünlüyünü yoxlamaq üçün lazımdır”, - şirkətdən bildiriblər.

Son xəbərlər

Orphus sistemi