Ukrayna Təhlükəsizlik Şurası: “Çin Rusiyanın nüvə silahından istifadə etməsinə icazə verməyəcək"

Ukrayna Təhlükəsizlik Şurası: “Çin Rusiyanın nüvə silahından istifadə etməsinə icazə verməyəcək" “Çin Rusiyanın nüvə silahından istifadə etməsinə icazə verməyəcək. Əminəm ki, Moskvaya bu barədə xəbərdarlıq edilib”.
Digər ölkələr
22 Avqust , 2023 15:11
Ukrayna Təhlükəsizlik Şurası: “Çin Rusiyanın nüvə silahından istifadə etməsinə icazə verməyəcək

“Çin Rusiyanın nüvə silahından istifadə etməsinə icazə verməyəcək. Əminəm ki, Moskvaya bu barədə xəbərdarlıq edilib”.

“Report” xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov deyib.

Onun sözlərinə görə, Rusiya nüvə silahından istifadə edərsə, onda dünya dövlətlərinin cavabı ani və adekvat olmalıdır: “Dünya dövlətləri başa düşürlər ki, nüvə silahı tətbiq olunarsa, onda söhbət ancaq Rusiya və Ukrayna arasında müharibədən getməyəcək”.

Qeyd edək ki, daha əvvəl Rusiya rəsmiləri Ukraynanı nüvə silahının tətbiqi ilə hədələyiblər.

Mayın sonunda Rusiya və Belarus müdafiə nazirləri Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi haqqında saziş imzalayıblar. Moskva Minskə nüvə başlığı ilə raketlər buraxa bilən “İsgəndər-M” raket komplekslərini təhvil verib. ABŞ kəşfiyyatı Rusiyanın artıq taktiki nüvə silahlarının ilk partiyasını Belarusa daşıdığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi