Yuxarı

​Ukrayna Rusiyadan Viktor Yanukoviçin ekstradisiyasını istəyib

Ölkənin Baş Prokurorluğu onun qiyabi olaraq cinayət məsuluyyətinə cəlb edilməsi istiqamətində prosedura başlayıb

Bakı. 6 fevral. REPORT.AZ/ Ukrayna Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Viktor Yanukoviçin ekstradisiyası ilə bağlı Rusiyaya müraciət edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ukraynanın baş prokuroru Vitali Yarema bildirib.

O, Ali Radada çıxışı zamanı məsələ ilə bağlı rusiyalı həmkarı Yuri Çaykaya müraciət etdiyini söyləyib.

V.Yarema deyib ki, Ukrayna Baş Prokurorluğu Viktor Yanukoviçin qiyabi olaraq cinayət məsuluyyətinə cəlb edilməsi istiqamətində prosedura başlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi