Yuxarı
    Bağlamaq

    Ukrayna Rusiya qazının idxalını iki dəfə azaldıb

    Ukrayna Rusiyadan qaz idxalını 14,5 mlrd. kub metrə qədər azaldıb

    Bakı 6 yanvar. REPORT.AZ/ Ukrayna 2014-cü ildə Rusiyadan qaz idxalını iki dəfəyədək - 14,5 mlrd. kub metrə qədər azaldıb. Ümumi idxal balansda Rusiya qazının payı 36,2%-ə qədər azalıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna qaz-nəqliyyat sistemi operatoru "Ukrtransqaz" ASC-nin mətbuat xidmətinin bəyanatında deyilir. 

    "2014-cü ildə Ukraynanın tələbatı üçün Rusiya Federasiyasından 14,5 mlrd. kub metr qaz idxal olunub, bu da ötən ilin göstəricilərindən 11,3 mlrd. kub metr qaz idxal olunub. Rusiyadan idxal olunan təbii qazın həcmi 2014-cü ildə milli qaz-nəqliyyat sisteminə daxil olan mavi yanacağın ümumi balansından 36,2%-ni təşkil edir", - məlumatda deyilir. 

    "Ukrtransqaz" Mərkəzi Dispetçer Departamentinin operativ məlumatlarına əsasən, 2015-ci il yanvarın 4-nə olan vəziyyətə görə, RF razisindən mavi yanacaq sutkada 39,3 mln. kub metr rejimində daxil olur. Ayın əvvəlindən cəmi 162,3 mln. kub metr qaz idxal olunub. 

    Xatırladaq ki, "Ukrtransqaz"ın məlumatlarına görə, Avropadan 2014-cü il ərzində 5,1 mlrd. kub metr təbii qaz idxal olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi