Bakı. 18 fevral. REPORT.AZ/ Ukrayna hərbçiləri Debaltsevodan plana uyğun olaraq çəkilib.
"Report" "Unian.net"ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko antiterror əməliyyatı keçirilən bölgəyə gedərkən bildirib.
"Hazırda oradan 80 hərbi hissə artıq çıxıb, daha iki hərbi karvanı da gözləyirik. 128-ci briqadanın hissələri, 30-cu briqadanın tağımı, 25-ci və 40-cı batalyonları, milli qvardiya və milisdən qalanlar oranı tərk ediblər", - o deyib.
Ukrayna prezidenti daha sonra vurğulayıb: "Biz sübut və təsdiq etdik ki, Debaltsevo bizim nəzarətimiz altında olub və mühasirədə olmayıb. Bizim hissələr və tağımlar oradan planauyğun və mütəşəkkil qaydada çıxıblar".