Ukrayna Qolodomor qurbanlarının anım gününü qeyd edir

Ukrayna Qolodomor qurbanlarının anım gününü qeyd edir Ukraynada Qolodomor qurbanlarının xatirə günü kimi qeyd edilir.
Digər ölkələr
27 Noyabr , 2021 21:55
Ukrayna Qolodomor qurbanlarının anım gününü qeyd edir

27 noyabr Ukraynada Qolodomor qurbanlarının xatirə günü kimi qeyd edilir.

"Report" UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski və birinci xanım Qolodomor qurbanlarının xatirəsini anma tədbirində iştirak ediblər.

V.Zelenski 1932-1933-cü illərdə Qolodomor qurbanlarının xatirəsini ehtiramla yad edib.

Ukrayna lideri bildirib ki, Qolodomor Muzeyinin ikinci mərhələsi faciənin 90-cı ildönümünə qədər tikilməlidir.

Qeyd edək ki, Qolodomor qurbanlarının xatirə günü rəsmi olaraq 1998-ci ildən qeyd edilir.

Qolodomor hadisəsi 1932-ci ilin aprelindən 1933-cü ilin noyabrına qədər davam edib. Tədqiqatçılar, azı 3 milyon uşaq da daxil olmaqla 7 milyondan çox ukraynalının dünya tarixində tayı bərabəri olmayan insanlığa qarşı bu cinayətin qurbanı olduqlarını iddia edirlər.

Son xəbərlər

Orphus sistemi