Ukrayna prezidentinin kortecinin avtomobili yeniyetməni vurub

Ukrayna prezidentinin kortecinin avtomobili yeniyetməni vurub Bakı. 1 iyun. REPORT.AZ/ Ukrayna prezidenti Petr Poroşenkonun kortecinin avtomobili Kiyevdə nizamlanmayan piyada keçidində velosiped sürən yeniyetməni vurub.
Digər ölkələr
1 İyun , 2018 01:41
Ukrayna prezidentinin kortecinin avtomobili yeniyetməni vurub

Bakı. 1 iyun. REPORT.AZ/ Ukrayna prezidenti Petr Poroşenkonun kortecinin avtomobili Kiyevdə nizamlanmayan piyada keçidində velosiped sürən yeniyetməni vurub.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, zərərçəkən xəstəxanaya yerləşdirilib.

13 yaşlı yeniyetməyə qapalı kəllə-beyin travması və ayaqların sınığı diaqnozu qoyulub. Öz növbəsində Ukrayna prezidenti administrasiyasından bildiriblər ki, avtomobil prezidentin kortecinə məxsus deyil.

Digər mənbə isə mətbu orqanlara bildirib ki, bu, əvvəl Poroşenkonun özünün getdiyi kortecin ön avtomobili olub. 

Son xəbərlər

Orphus sistemi