Ukrayna Prezidentinə Aİ-yə üzvlüklə bağlı sorğu vərəqəsi verilib

Ukrayna Prezidentinə Aİ-yə üzvlüklə bağlı sorğu vərəqəsi verilib Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Ukrayna prezidenti Volodimir Zelenskiyə sorğu vərəqəsini təqdim edib və onun doldurulması Ukraynanı Avropa İttifaqına daxil olmasını yaxınlaşdıra bilər.
Digər ölkələr
8 Aprel , 2022 22:11
Ukrayna Prezidentinə Aİ-yə üzvlüklə bağlı sorğu vərəqəsi verilib

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenskiyə sorğu vərəqəsini təqdim edib və onun doldurulması Ukraynanı Avropa İttifaqına daxil olmasını yaxınlaşdıra bilər.

“Report”un məlumatına görə, sənəd Avropa Komissiyasına Ukraynanın Avropa İttifaqına daxil olması məsələsinin müzakirəsinə başlamaq üçün Aİ Şurasına tövsiyə etməyə imkan verəcək.

Sənəd Avropa İttifaqına tövsiyə xarakteri daşıyacaq. Avropa Komissiyasının rəhbəri sorğunu doldurmağa kömək edəcəyinə söz verib:

“Birlikdə sıx işləsək, bu mövqeyi həmişə olduğu kimi illər ərzində deyil, həftələr ərzində formalaşdırmaq mümkün olacaq”.

Son xəbərlər

Orphus sistemi