Ukrayna prezidenti Türkiyənin XİN rəhbəri ilə görüşüb

Ukrayna prezidenti Türkiyənin XİN rəhbəri ilə görüşüb Tərəflər ikitərəfli qarşılıqlı fəaliyyət dinamikasının yüksək olduğunu qeyd ediblər
Digər ölkələr
10 Fevral , 2017 02:42
Ukrayna prezidenti Türkiyənin XİN rəhbəri ilə görüşüb

Bakı. 10 fevral. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər cari ilin yaz aylarında hər iki dövlət başçısının sədrliyi altında keçirilməsi planlaşdırılan Türkiyə-Ukrayna Strateji Şurasının növbəti iclasının gündəliyini müzakirə ediblər.

"Tərəflər əldə olunmuş razılaşmaların reallaşdırılması kontekstində ikitərəfli qarşılıqlı fəaliyyət dinamikasının yüksək olduğunu qeyd ediblər və bildiriblər ki, bu, strateji tərəfdaşlığın gələcək inkişafı üçün möhkəm bazadır. Görüş zamanı, həmçinin Ukrayna və Türkiyə arasında azad ticarət zonası haqqında sazişin bağlanması üzrə aparılan danışıqlar prosesinin tezliklə başa çatdırılmasının vacibliyi ayrıca qeyd olunub", - deyə məlumatda bildirilir.

Bundan əlavə, Çavuşoğlu bildirib ki, Türkiyə bundan sonra da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyəcək.

Son xəbərlər

Orphus sistemi