Ukrayna Prezidenti Şevçenkonu ştatdankənar müşavir təyin edib

Ukrayna Prezidenti Şevçenkonu ştatdankənar müşavir təyin edib Ukrayna prezidenti Volodimir Zelenski milli komandanın sabiq futbolçusu və baş məşqçisi Andrey Şevçenkonun ştatdankənar müşavir vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Digər ölkələr
27 Sentyabr , 2023 01:48
Ukrayna Prezidenti Şevçenkonu ştatdankənar müşavir təyin edib

Ukrayna Prezidenti Volodimir Zelenski milli komandanın sabiq futbolçusu və baş məşqçisi Andrey Şevçenkonun ştatdankənar müşavir vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Report”un xəbərinə görə, qərar Ukrayna Prezidentinin ofisinin saytında dərc olunub.

Andrey Şevçenko Kiyev “Dinamo”, İtaliyanın “Milan” və İngiltərənin “Çelsi” klublarında hücumçu kimi çıxış edib. 2016-cı ilin iyulundan 2021-ci ilin avqustuna qədər Ukrayna millisinin məşqçisi olub. 2022-ci ilin fevralında o, İtaliyanın “Cenoa” klubundan ayrılıb.

Son xəbərlər

Orphus sistemi