Ukrayna prezidenti pilot Nadejda Savçenkoya "milli qəhrəman" adı verib

Ukrayna prezidenti pilot Nadejda Savçenkoya "milli qəhrəman" adı verib Savçenko 80 gündür ki, Rusiyada həbsxanada aclıq aksiyası keçirir və səhhəti pisləşir
Digər ölkələr
2 Mart , 2015 21:26

Bakı. 2 mart. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyada həbsdə olan ukraynalı pilot Nadejda Savçenkoya “Milli qəhrəman” adl verilməsi barədə fərman imzalayıb.

"Report" Azadlıq Radiosuna istinadən xəbər verir ki, Poroşenko Savçenkonu "qələbənin simvolu" adlandırıb.

Qeyd edək ki, N.Savçenko ötən ilin iyulunda Donbassda gedən döyüşlər zamanı separatçılar tərəfindən əsir götürülərək Rusiyaya təhvil verilib. O, Donbassda həlak olan 2 Rusiyalı jurnalistin ölümündə ittiham olunur.

Savçenko 80 gündür ki, həbsxanada aclıq aksiyası keçirir və səhhəti pisləşib.

Son xəbərlər

Orphus sistemi