Bakı. 28 fevral. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko məşhur rusiyalı siyasətçi Boris Nemtsovun ölüm xəbərinin ona şok yaşatdığı bildirib.
"Report" xəbər verir ki, bu barədə o, özünün Twitter səhifəsində yazıb.
Ukrayna lideri cinayətin üstünün açılacağına əminliyini ifadə edib.
"Şok. Boris qətlə yetirildi. İnanmaq çətindir. Şübhə etmirəm ki, qatillər gec-tez cəzalandırılacaq. Xatirəsi əziz olsun", - deyə məlumatda bildirilir.