Yuxarı

Ukrayna prezidenti Əbu-Dabidə keçirilən İDEX-2015 beynəlxalq müdafiə sərgisini ziyarət edib - FOTO

Bu ölkə ilə BƏƏ arasında hərbi-texniki sahəsində anlaşma memorandumu imzalanıb

Əbu-Dabi. 24 fevral. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən İDEX-2015 beynəlxalq müdafiə sərgisini ziyarət edib.

“Report”un sərgini işıqlandıran əməkdaşı xəbər verir ki, əvvəlcə P.Poroşenko BƏƏ-nin rəhbərliyi ilə görüş keçirib. Görüşdə müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

P.Poroşenko jurnalistlərə bilidirb ki, BƏƏ ilə hərbi-texniki sahəsində anlaşma memorandumu imzalanıb. Ukraynanın dövlət başçısı bu sənədin imzalanmasının vacibliyini vurğulayıb.

P.Poroşenko əlavə edib ki, silahların ixrac edilməsi ilə bağlı çox vacib danışıqlar keçirilib, bu da dövlətin müdafiə gücünü artıracaq: “Vurğulamalıyam ki, biz bu gücü ölkəni müdafiə etmək, onun ərazi bütövlüyünü qorumaq üçün atırıq. Bizim heç kimə hücum etmək niyyətimiz yoxdur”.

P.Poroşenko sərgidə təmsil olunan aparıcı müdafiə şirkətlərinin stendlərini ziyarət edib.

Sonda prezident Ukrayna milli stendini ziyarət edib və orada nümayiş olunan texnika ilə tanış olub. Prezident mütəxəssislərlə söhbət edib, onların problemləri və çətinlikləri ilə maraqlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi