Ukrayna parlamentinə seçkilərdə Yatsenyukun "Xalq cəbhəsi" partiyası və "Pyotr Poroşenkonun bloku" liderlik edir

Digər ölkələr
  • 27 oktyabr, 2014
  • 07:22
Ukrayna parlamentinə seçkilərdə Yatsenyukun Xalq cəbhəsi partiyası və Pyotr Poroşenkonun bloku liderlik edir

Bakı. 27 oktyabr. REPORT.AZ/ Ali Radaya seçkilərdə Ukraynanın baş naziri Arseni Yatsenyukun rəhbərlik etdiyi "Xalq cəbhəsi" partiyası səslərin sayına görə prezidentin "Pyotr Poroşenkonun bloku"na çatıb. "Report" UNİAN-a istinadən xəbər verir ki, Ukraynanın Mərkəsi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, Bakı vaxtı ilə saat 09:00-da Ali Radaya növbədənkənar seçkilərdə 22,63% bülletenlərin hesablanmasından sonra Poroşenkonun bloku səslərin 21,62%-ni, "Xalq cəbhəsi" isə 21,65%-ni toplayıb.   

Beş faizlik baryeri daha dörd partiya aşıb. Bunlar Oleq Lyaşkonun "Radikal" partiyası (7,79%), Yuliya Timoşenkonun "Batkıvşina" partiyası (5,98%), Lvov şəhərinin meri Andrey Sadovıyın "Samopomoş" və  "Regionlar partiyası"nın keçmiş nümayəndələrini birləşdirən "Müxalifət bloku"dur (9,52%). 

"Azadlıq" radikal partiyası, Ukraynanın Kommunist partiyası, Aqrar bilrik və keçmiş baş nazir Sergey Tiqipkonun "Güclü Ukrayna" partiyası parlamentə daxil ola bilməyiblər. 

Xatırladaq ki, Ukraynada növbədənkənar parlament seçkiləri oktyabr ayının 26-da keçirilib. 

Son xəbərlər

Bütün Xəbər Lenti