​Ukrayna parlamenti hökumətin yeni tərkibini təsdiq edib

​Ukrayna parlamenti hökumətin yeni tərkibini təsdiq edib Nazirlər Kabineti üzvləri arasında Ukrayna vətəndaşlığını alan əcnəbilər də var
Digər ölkələr
3 Dekabr , 2014 05:38
​Ukrayna parlamenti hökumətin yeni tərkibini təsdiq edib

Bakı. 3 dekabr. REPORT.AZ/ Ukrayna Ali Radası (Parlament) hökumətin yeni tərkibini təsdiq edib.

"Report" xəbər verir ki, daxili işlər naziri Arsen Avakov, müdafiə naziri Stepan Poltorak, xarici işlər naziri Pavel Klimkin, təhsil və elm naziri Sergey Kvit və ədliyyə naziri Pavel Petrenko öz vəzifələrində qalıblar.

Nazirlər Kabineti üzvləri arasında Ukrayna vətəndaşlığını alan əcnəbilər də var. Belə ki, maliyyə naziri vəzifəsi amerikalı Natalya Yareskoya nəsib olub. İqtisadi inkişaf naziri postunu isə litvalı Ayvaras Abromaviçus tutub. Həmçinin, səhiyyə naziri postu Aleksandr Kvitaşviliyə həvalə olunub.

Kabinetin tərkibinə ümumilikdə beş fraksiyanı təmsil edən 19 nazir daxil olub.

Hökumət baş nazir Arseniy Yaçenyukun rəhbərliyi altında fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi