Ukraynanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilk nəticələrini açıqlayıb: Zelenski öndədir

Ukraynanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilk nəticələrini açıqlayıb: Zelenski öndədir Ukraynanın Mərkəzi Seçki Komissiyası bu gün keçirilən prezident seçkilərinin ilk nəticələrini açıqlayıb.
Digər ölkələr
21 Aprel , 2019 23:11
Ukraynanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilk nəticələrini açıqlayıb: Zelenski öndədir

Ukraynanın Mərkəzi Seçki Komissiyası bu gün keçirilən prezident seçkilərinin ilk nəticələrini açıqlayıb.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, səslərin 1,47 faizinin hesablanmasından sonra Vladimir Zelenskinin 70,82 faiz seçici səsi topladığı açıqlanıb. Rəsmi məlumatda qeyd edilir ki, hazırkı prezident Petro Poroşenko 26,82 faiz seçici səsi toplayıb.

Qeyd edək ki, milli "etit poll"un nəticələrində də Vladimir Zelenskinin qalib gəldiyi bildirilib. Sorğuya görə, o, 73,2 faiz səs toplayıb.

Petro Poroşenko məğlubiyyətini etiraf edib. O, andiçmə mərasiminə qədər Zelenskiyə yeni işində kömək etməyə hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi