Ukrayna MSK məntəqə seçki komissiyalarından daxil olan elektron protokolların 100%-ni hesablayıb

Ukrayna MSK məntəqə seçki komissiyalarından daxil olan elektron protokolların 100%-ni hesablayıb "Xalq Cəbhəsi" Radaya seçkilərdə qalib gəlir
Digər ölkələr
8 Noyabr , 2014 11:04
Ukrayna MSK məntəqə seçki komissiyalarından daxil olan elektron protokolların 100%-ni hesablayıb
Bakı. 8 noyabr. REPORT.AZ/ Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) Ali Radaya keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı məntəqə seçki komissiyalarından daxil olan elektron protokollarının 100%-ni hesablayıb.

"Report" "UNİAN"a istinadən xəbər verir ki, "Xalq Cəbhəsi"nin lehinə 22,41% seçici səs verib. "Pyotr Poroşenkonun Bloku" partiyası 21,81%, "Samopomiç" birliyi 10,97%, "Müxalifət bloku" 9,43%, Radikal partiya 7,44% və "Batkıvşina" partiyası 5,68% səs toplayıb.

"Azadlıq" ("Svoboda") 4,71% səs toplayıb, lakin parlamentin tərkibinə daxil olmayıb. 

Son xəbərlər

Orphus sistemi