Ukrayna MN: "Ruslar Xerson şəhərinə milli qvardiyanın bölmələrini yerləşdiriblər"

Ukrayna MN: "Ruslar Xerson şəhərinə milli qvardiyanın bölmələrini yerləşdiriblər" Ruslar Ukraynanın Xerson şəhərinə milli qvardiyanın bölmələrini yerləşdiriblər.
Digər ölkələr
9 Mart , 2022 16:22
Ukrayna MN: Ruslar Xerson şəhərinə milli qvardiyanın bölmələrini yerləşdiriblər

Ruslar Ukraynanın Xerson şəhərinə milli qvardiyanın bölmələrini yerləşdiriblər.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xdmətindən məlumat verilib.

Bildirilib ki, buna səbəb sakinlərin müntəzəm etirazlarıdır.

Məlumata görə, ruslar 400-dən çox Ukrayna vətəndaşlarını qanunsuz həbs ediblər. Əhalinin müqaviməti nəticəsində şəhərdə “Xerson Xalq Respublikası” elan etmək cəhdləri iflasa uğrayıb.

Bundan başqa, ruslar şəhərdə mobil rabitəni kəsiblər, internet fasilələrlə işləyir.

Qeyd edək ki, ruslar martın 2-də Xersonu mühasirəyə almışdılar.

Son xəbərlər

Orphus sistemi