Ukrayna Millətlər Assambleyasının azərbaycanlı rəhbəri Avropanı Ukraynaya dəstək verməyə çağırıb

Ukrayna Millətlər Assambleyasının azərbaycanlı rəhbəri Avropanı Ukraynaya dəstək verməyə çağırıb Avropa Etnik Xalqlar Federal İttifaqının (FUEN) Almaniyanın Flenzburq şəhərində keçirilən beynəlxalq konfransda Ukrayna Millətlər Assambleyasının azərbaycanlı rəhbəri də qatılıb.
Digər ölkələr
11 Aprel , 2022 18:05
Ukrayna Millətlər Assambleyasının azərbaycanlı rəhbəri Avropanı Ukraynaya dəstək verməyə çağırıb

Avropa Etnik Xalqlar Federal İttifaqının (FUEN) Almaniyanın Flenzburq şəhərində keçirilən beynəlxalq konfransına Ukrayna Millətlər Assambleyasının azərbaycanlı rəhbəri də qatılıb.

Assambleyanın rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev "Report"a bildirib ki, toplantıya təşkilatın dəvəti ilə qatılıb.

Avropa parlamentinin deputatlarının iştirakı ilə baş tutan konfransda Avropa ölkələrinin siyasətçiləri və müxtəlif institutlarının rəhbərləri azsaylı xalqların hazırkı durumda üzləşdiyi problemləri qaldırıblar.

Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev çıxışında Rusiyanın Ukraynaya təcavüzünə diqqət çəkərək bildirib ki, hazırda Avropanın özündə xalqlar Rusiyanın silahlı təcavüzündən əziyyət çəkir və çox təəssüf ki, hələ də Avropa Birliyi bunun tam fərqinə varmır:

"Bu gün çoxmillətli Ukraynanı işğal etməyə cəhd edən, şəhərləri bombalayan Rusiya tanklarının üstündə "na Berlin" yazılıb. Bunun nə demək olduğu sizi narahat etmir? Əgər istəmirsinizsə qısa müddətdə Ukraynadan Avropaya 10 milyondan çox qaçqın axını olsun, o zaman humanitar və silah yardımını ciddi şəkildə gücləndirmək lazımdır. Ukrayna bunu sizdən gözləyir. Bu gün Ukrayna tək özünün yox, bütün Avropanın gələcəyi uğrunda vuruşur. Amma təəssüf ki, Avropa yetərincə dəstək göstərmir. Ukraynada, bütün Avropada kifayət qədər azsaylı xalqlar yaşayır və onlar ikinci faşizmin Rusiyanın timsalında baş verməsindən narahatdırlar. Rusiya bu gün Ukraynanı elə bombalayır ki, heç faşist Almaniyası bu qədər bombalamayıb. Bizim bununla bağlı təkliflərimiz də var. Çox xahiş edərdik ki, nə qədər gec deyil, vəziyyətin ciddiliyi nəzərə alınsın", - deyə o əlavə edib.

Daha sonra Assambleya rəhbəri təkliflərini yazılı formada FUEN-ə təqdim edib.

Son xəbərlər

Orphus sistemi