Ukrayna limanlarında 4,5 milyon ton taxıl qalıb

Ukrayna limanlarında 4,5 milyon ton taxıl qalıb “Hazırda Ukrayna limanlarında olan təxminən 4,5 milyon ton taxılı ölkədən ixrac edilə bilmir”.
Digər ölkələr
536
1 May , 2022 21:25
Ukrayna limanlarında 4,5 milyon ton taxıl qalıb

“Hazırda Ukrayna limanlarında olan təxminən 4,5 milyon ton taxılı ölkədən ixrac edilə bilmir”.

“Report” xəbər verir ki, bunu “DPA” agentliyinə müsahibəsində BMT-nin Ümumdünya Ərzaq Proqramının Almaniya bölməsinin direktoru Martin Frik deyib.

Onun sözlərinə görə, problem liman çıxışlarının və dəniz zolaqlarının bağlanmasıdır: “Dünyada Ukraynadan gətirilən ərzaqlara təcili ehtiyac var. Aclıq nə hərbi, nə də iqtisadi cəhətdən silah ola bilməz”.

O həm Ukrayna sakinlərini ərzaqla təmin etməyə, həm də qlobal ərzaq böhranını yumşaltmaq üçün bu ölkədən digər dövlətlərə ərzaq tədarükünü bərpa etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi