Ukrayna Xüsusi Əməliyyat Qüvvələri rusiyalı generalı ağır yaralayıb
Digər ölkələr
- 20 avqust, 2025
- 14:57
Ukrayna Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) Kursk vilayətində Rusiya ordusunun general-leytenantı Esedulla Abaçevi ağır yaralayıb.
"Report"un məlumatına görə, bu barədə qurum sosial şəbəkələrdə məlumat yayıb.
"Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Esedulla Abaçev XƏQ-in həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində ağır yaralanıb. Xüsusi Əməliyyat Qüvvələrinin UA_REG TEAM bölməsi Rusiya Silahlı Qüvvələrinin "Şimal" qoşun qruplaşmasının komandan müavininin avtomobilini atəşə tutub. Bu, avqustun 17-si gecə Kursk vilayətinin Rılsk şəhərindən 5 kilometr məsafədə baş verib", - məlumatda qeyd olunur.
XƏQ-in məlumatına görə, yaralanan generalın əli və ayağı amputasiya edilib. O, təcili olaraq təyyarə ilə Moskvaya çatdırılıb.
Son xəbərlər
03:17
Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra kral ailəsini təmsil etməyəcəklər
Digər ölkələr02:56
Azərbaycanın tanınmış rejissoru vəfat edib
İncəsənət02:44
"Fiorentina" Paolo Vanolini baş məşqçi vəzifəsinə qaytarıb
Futbol02:16
Meşə yanğınlarının tüstüsü hər il təxminən 100 min insanın ölümünə səbəb olub
Ekologiya01:50
Makron Aİ-də 15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə qadağa təklif edib
Digər ölkələr01:26
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
Region01:05
Azərbaycan səfirliyi "The Guardian"da dərc edilmiş qərəzli məqaləyə cavab verib
Xarici siyasət00:36
Foto
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib
Hadisə00:13